Əsas məzmuna keç

Jül Kunde Bakıda “Sabah”la oyun öncəsi məşqə gecikib

Jül Kunde Bakıda “Sabah”la oyun öncəsi məşqə gecikib
— Foto: idman.biz

“Barselona”nın müdafiəçisi komanda toplantısına gec qoşulub. Bu, baş məşqçi Hans-Diter Flikin narazılığına səbəb olub.

en ru

“”nın müdafiəçisi Jül Kunde Bakıda “Sabah”la oyun öncəsi intizam qaydalarını pozub.

Fransalı futbolçu Olimpiya Stadionunda keçirilən məşqdən əvvəl komandanın toplantısına bir qədər gec qoşulub. Onun gecikməsi baş məşqçi Hans-Diter Flikin diqqətindən yayınmayıb və mütəxəssisin narazılığı üz ifadəsindən hiss olunub.

Kunde ötən mövsüm də intizam qaydalarını pozduğuna görə “Barselona”nın start heyətindəki yerini itirib.

“Sabah”la “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda noyabrın 25-də qarşılaşacaq. Matç saat 21:45-də başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…