Əsas məzmuna keç

Hizbullah İsrailə 30 raket atdı

Hizbullah İsrailə 30 raket atdı

Livan qruplaşması Qalileya, Manara və Kiryat-Şmonanı atəşə tutub. Hava həyəcanı siqnalları altında baş verən hücumun təfərrüatları və sülh danışıqlarının taleyi xəbərdə.

en ru

Bu gün səhər saatlarında "" tərəfindən Livandan İsrailin şimalındakı Qalileya bölgəsinə təxminən 30-a yaxın buraxılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in İsrailin 12-ci telekanalına istinadən verdiyi xəbərə görə, İsrail Müdafiə Ordusu buraxılan raketlərdən üçünün ələ keçirildiyini, qalanlarının isə açıq əraziyə düşdüyünü açıqlayıb.

Raket atəşi nəticəsində Manara və Kiryat-Şmona yaşayış məntəqələrində hava həyəcan siqnalı sirenləri işə düşüb. Hazırda zərər çəkənlər barədə rəsmi məlumat yoxdur.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi. Görüşdə əsas məqsəd atəşkəs sazişinə nail olmaq üçün danışıqlarının başlama tarixini müəyyən etmək idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri — Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…