Əsas məzmuna keç

Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

Azərbaycanda səfərdə olan Marek Estok rəsmi Bakı ilə yeni müştərək layihələri müzakirə edib. Görüşün detalları və iki ölkə arasında əməkdaşlıq perspektivləri.

en ru

Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə Marek Estok Azərbaycanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dövlət katibi “X” hesabında bildirib.

Marek Estok Azərbaycana səfəri çərçivəsində Prezidentin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

O, Hikmət Hacıyevlə Azərbaycanla Slovakiya arasında əməkdaşlıq və yeni müştərək layihələr barəsində açıq və müsbət müzakirələr apardığını qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…