Əsas məzmuna keç

Hikmət Hacıyev Kolumbiya rəsmisi ilə mina problemini müzakirə etdi

Hikmət Hacıyev Kolumbiya rəsmisi ilə mina problemini müzakirə etdi

Hikmət Hacıyev və Xuana Kastro Santamaria iqtisadi-ticari tərəfdaşlıqla yanaşı, ərazilərin təmizlənməsi sahəsində təcrübə mübadiləsini müzakirə ediblər. Detallar:

en ru

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycanda səfərdə olan Kolumbiyanın nazirinin müavini Xuana Kastro ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, H. Hacıyev bu barədə "X" hesabında paylaşım edib.

Prezidentin köməkçisi bildirib ki, xanım Santamaria ilə səmərəli müzakirələr aparıb:

"Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticari, mədəni və humanitar, turizm və insanlararası mübadilələr sahələrində əməkdaşlığı genişləndirmək üçün mühüm potensial mövcuddur".

Həm , həm də Kolumbiyanın mina problemindən əziyyət çəkdiyini vurğulayan H. Hacıyev Kolumbiyanın XİN başçısının müavini ilə bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb.

"Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə Kolumbiya tərəfinə minnətdarlığımızı bildiririk", - PA-nın şöbə müdiri vurğulayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…