Əsas məzmuna keç

Azərbaycan və Kolumbiya siyasi əlaqələri genişləndirir

Azərbaycan və Kolumbiya siyasi əlaqələri genişləndirir

Ceyhun Bayramov Xuana Kastro Santamaria ilə viza, ticarət və COP29-u müzakirə etdi. Bakıda minasızlaşdırma və iqtisadi tərəfdaşlığın yeni perspektivləri açıqlandı.

ru en

Aprelin 29-da Azərbaycanın naziri Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüş zamanı ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, Parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Ölkəmizdə ispan dilinə artan maraq, bu sahədə təşkil olunan proqramlarda vətəndaşlarımızın iştirakı məmnunluqla qeyd olunub.

Azərbaycanın COP29-a ev sahibliyi, bir sıra platformalarda sədrliyi, regionda liderliyi təqdir olunub.

Tərəflər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Hər iki ölkənin minalardan əziyyət çəkdiyi diqqətə alınaraq, minasızlaşdırma sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Kolumbiya tərəfdən isə xarici işlər nazirinin müavini Xuana Kastro rəhbərlik edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…