Əsas məzmuna keç

Hesablama Palatası: Büdcə vəsaiti açıqlandı

Hesablama Palatası: Büdcə vəsaiti açıqlandı

Dövlət qurumlarının maliyyə hesabatlarında hansı qüsurlar aşkarlandı? Hesablama Palatasının son yoxlamaları və xərclənən vəsaitlərlə bağlı təfərrüatlar burada.

ru en

2025-ci idə Azərbaycanda dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, vəsaitlərinin bank hesablarında saxlanılması büdcə uçotunda uyğunsuzluqlara səbəb olub.

Seçmə qaydada əhatə qurumların məlumatlarının təhlili göstərir ki, ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunub, lakin bank hesablarında qalmış xərc məbləğləri 600 milyon manatdan çoxdur (məxfi sahələr nəzərə alınmadan). Bu məbləğin təxminən 400,0 milyon manatdan çoxu hesabat ilində əsaslı xərclərə ayrılmış vəsaitlər üzrə icra kimi göstərilib.

Bundan əlavə, bəzi üzrə hesabat ilinin əvvəlinə bank hesablarında qalıq məbləğ kimi alınmış vəsaitin məbləğində hərəkətlilik (bank hesabındakı vəsaitin də icra edilməsi) müşahidə edilsə də, bu, bütün qurumlar üçün xarakterik olmaıb.

"Dövlət büdcəsinin icrası barədə hesabatlar, eləcə də illik hesabatda kassa icrasına aid edilmiş bəzi məbləğlər qurumlar tərəfindən təqdim edilmiş məlumatlarda bank hesabında saxlanılmış vəsait kimi göstərilib, məlumatlarda müvafiq qurumlar tərəfindən icra edilməmənin səbəbi və vəsaitin 2026-cı ildə icra ediləcəyi də əks etdirilib. Bu isə "Büdcə sistemi haqqında" qanunun "dövlət büdcəsinin kassa icrası" anlayışı ilə uyğunsuzluq yaradır", - deyə Rəydə qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…