Əsas məzmuna keç

Hərbi Prokurorluq əsgərin xəstəlikdən ölməsi faktı üzrə araşdırma aparır

Hərbi Prokurorluq əsgərin xəstəlikdən ölməsi faktı üzrə araşdırma aparır

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən ölüm faktı üzrə araşdırma aparılır. Bu barədə "Operativ...

Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əli oğlunun xəstəlikdən ölüm faktı üzrə araşdırma aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu hospitalda dekabrın 15-də vəfat etməsi faktı əsasında hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

Faktla bağlı hazırda araşdırma davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…