Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Həmin zərərlər İranın dondurulmuş vəsaiti hesabına ödəniləcək

2 dəq
Paylaş:
Həmin zərərlər İranın dondurulmuş vəsaiti hesabına ödəniləcək

Prezidenti ABŞ-nin nəzarətində olan İran aktivlərinin gəmilər və yüklərlə bağlı dəyən zərərin ödənilməsi üçün istifadə olunacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Bu andan etibarən növbəti göstəriş verilənədək gəmilər, yüklər və ya onlarla əlaqəli hər hansı zərər ABŞ-nin nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcək. Bu zərər çox böyük ola bilər, lakin bu, ədalətli və mütənasib addımdır", - Tramp bildirib.

Açıqlama İranın dəstəklədiyi husi qruplaşmasının dənizdə Səudiyyə Ərəbistanına məxsus gəmilərə hücum etməsindən sonra verilib.

Hücumların ardından iyulun 23-də neftin qiyməti bu ilin may ayından bəri ilk dəfə bir barel üçün 100 dollara yüksəlib.

Məlumata görə, ABŞ-də təxminən 2 milyard dollar həcmində İran aktivləri dondurulub. Müxtəlif ölkələrdə dondurulmuş İran aktivlərinin ümumi dəyərinin isə 100 milyard dollara çata biləcəyi bildirilir.

Qeyd olunur ki, bu aktivlərin dondurulmasının ləğvi iyun ayında İran və ABŞ arasında imzalanmış anlaşma memorandumunun əsas bəndlərindən biri idi. Lakin iyul ayında Vaşinqtonun Tehranın Hörmüz boğazında gəmilərə atəş açmasını əsas gətirərək İrana qarşı zərbələri bərpa etməsindən sonra həmin razılaşma pozulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax