Əsas məzmuna keç

Hava kəskin dəyişir: Yağış yağacaq, sel və daşqın olacaq

Hava kəskin dəyişir: Yağış yağacaq, sel və daşqın olacaq

Bakı, Abşeron və rayonlarda martın 31-dək hava kəskin pisləşəcək. Milli Hidrometeorologiya Xidməti dolu, qar və subasma təhlükəsi barədə mühüm anons yaydı.

en ru

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağacağı , bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, ərazilərdə qar yağacağı gözlənilir.

Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, Salyan), və Şərqi-Zəngəzur (Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) bölgəsində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur.

Qeyri-sabit ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…