Əsas məzmuna keç

"Haşdi Şabi" ABŞ və Səudiyyə Ərəbistanını hücumda ittiham etdi

"Haşdi Şabi" ABŞ və Səudiyyə Ərəbistanını hücumda ittiham etdi

İraqdakı silahlı qruplaşma bir sıra vilayətlərdəki mərkəzlərinin hədəf alındığını və itkilər verdiklərini açıqlayıb.

ru en

İraqda "" qüvvələri ABŞ və Səudiyyə Ərəbistanının birgə hücumlarına məruz qaldıqlarını iddia edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təşkilatın yaydığı açıqlamaya əsasən, hava zərbələri Bağdad, Vasıt, Ninova, Bəsrə, Kərkük, Kərbəla və Diyala vilayətlərində yerləşən rəsmi mərkəzlərə endirilib.

Bildirilib ki, hücumlar nəticəsində təşkilata məxsus bir sıra obyektlərə, texnikaya və vasitələrinə ciddi ziyan dəyib. Hazırda ərazilərdə dəymiş zərərin qiymətləndirilməsi və hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

İlkin məlumatlara görə, zərbələr nəticəsində "Haşdi Şabi"nin azı 20 üzvü həyatını itirib, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…