Əsas məzmuna keç

Hakan Fidan həmkarı ilə görüşəcək

Hakan Fidan həmkarı ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah almaniyalı həmkarı Johann Vadephul ilə görüşəcək. Bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki,...

Türkiyənin naziri sabah almaniyalı həmkarı Johann Vadephul ilə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, XİN rəhbəri sabah Türkiyəyə rəsmi səfər edəcək.

Hakan Fidanın Vadephul ilə keçirəcəyi görüşdə Türkiyə ilə Almaniya arasında yüksək səviyyəli məsləhətləşmə və dialoq mexanizmlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətini vurğulaması, həmçinin inkişaf edən ikitərəfli iqtisadi və ticarət əlaqələrdən məmnunluğunu ifadə etməsi gözlənilir.

Türkiyəli nazir həmçinin, Türkiyə–Avropa İttifaqı münasibətləri ilə bağlı gündəmdə olan məsələlərə dair fikirlərini bölüşəcəyi və Avropada hazırlanacaq təhlükəsizlik strategiyalarının çərçivəsində koordinasiyalı şəkildə aparılmasının vacibliyini vurğulayacağı qeyd edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…