Əsas məzmuna keç

Hakan Fidan 3 ölkənin naziri ilə regional gərginliyi müzakirə etdi - YENİLƏNİB

Hakan Fidan 3 ölkənin naziri ilə regional gərginliyi müzakirə etdi - YENİLƏNİB

Türkiyə XİN rəhbəri Suriya, Qətər və Özbəkistan rəsmiləri ilə telefon danışığı apardı. Yaxın Şərqdəki eskalasiyanın qarşısını almaq üçün hansı addımlar atılır?

en ru

Türkiyənin naziri Çinin xarici işlər naziri Van İ ilə telefonla danışıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” "TRT Haber"-ə istinadən xəbər verir ki, tərəflər əsasən bölgədəki son prosesləri müzakirə edib.

Regiondakı müharibənin ən qısa zamanda başa çatdırılmasının vacibliyi vurğulanıb və bu istiqamətdə aparılan işlər qiymətləndirilib.

Kommunikasiya xətlərinin, enerji təchizatınıntədarük zəncirlərinin fasiləsiz işləməsinin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

***

Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan mühüm diplomatik təmaslar qurub. O, suriyalı həmkarı Əsəd əş-Şibani, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "TRT Haber"ə istinadən verdiyi məlumata görə, bu çoxtərəfli danışıqlar zamanı əsas müzakirə mövzusu bölgədəki mövcud vəziyyət və məsələləri olub.

Nazirlər hazırda Yaxın Şərqdə davam edən eskalasiyanın dayandırılmasına və sabitliyin bərpasına yönəlmiş birgə diplomatik səyləri qiymətləndiriblər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…