Əsas məzmuna keç

Hakan Fidan ABŞ-İran danışıqlarını həmkarı ilə müzakirə etdi

Hakan Fidan ABŞ-İran danışıqlarını həmkarı ilə müzakirə etdi

Türkiyə XİN rəhbəri pakistanlı Məhəmməd İshaq Dar ilə 15 günlük atəşkəs və Hörmüz boğazını dəyərləndirib. İsrailin Livan həmləsi isə planları poza bilər.

en ru

Türkiyənin naziri və Pakistanın xarici işlər naziri İshaq Dar arasında baş tutan mühüm telefon danışığında əsas mövzu ABŞ və İran arasındakı müvəqqəti olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, nazirlərin müzakirəsinin diqqət mərkəzində ABŞ və İran arasında elan edilən 15 günlük müvəqqəti atəşkəs və İslamabadda başlayacaq növbəti danışıqlar prosesi dayanıb.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılıq əldə ediblər. İran öz növbəsində bəyan edib ki, bu dövr ərzində silahlı qüvvələrlə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.

Buna baxmayaraq, İsrail atəşkəs barədə qüvvədə olan qərarın Livana şamil edilmədiyini əsas gətirərək aprelin 8-də bu ölkəyə zərbələr endirib. Hadisədən dərhal sonra İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf sərt reaksiya verərək bildirib ki, Livanda atəşkəsin təmin olunması planının ilk və ən vacib şərti idi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…