Əsas məzmuna keç

Haitidə həbsxanaya hücum: 3600 məhbus qaçıb

Haitidə həbsxanaya hücum: 3600 məhbus qaçıb

Paytaxt Port-au-Prinsdəki "Croix des Bouquets" həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Münaqişə zamanı 3600 həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.

hökumətindən verilən açıqlamada səhər saatlarında cinayətkar təşkilatların həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.

Digər tərəfdən dəstələrin basqın etdiyi həbsxanada 17 vətəndaşının olduğu və Kolumbiya hökumətinin Haiti səlahiyyətliləri ilə əlaqə saxladığı bildirilib.

Bölgə mətbuatının məlumatına görə, son 3 gündə baş verən hücumlarda 4 əməkdaşının ölümü ilə yanaşı, onlarla insan da yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…