Əsas məzmuna keç

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər yaralandı

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər yaralandı

UH-60 Black Hawk helikopteri Popayan ilə İnza arasındakı marşrutda şəxsi heyəti daşıyarkən və təchizat apararkən qəzaya uğrayıb. Yaralılardan dördündə sınıq aşkarlanıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Silahlı Qüvvələrinə məxsus “UH-60 Black Hawk” tipli hərbi helikopter şəxsi heyətin daşınması və təchizat tapşırığını yerinə yetirərkən Popayan şəhəri ilə İnza qəsəbəsi arasındakı marşrutda qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kolumbiya mətbuatının yaydığı məlumata əsasən, hərbi aviasiya qəzası nəticəsində göyərtədə olan 4 ekipaj üzvü və 15 hərbi qulluqçu daxil olmaqla, ümumilikdə 19 nəfər xəsarət alıb.

Məlumata görə, xəsarət alanlardan 4 hərbçidə müxtəlif dərəcəli sümük sınıqları aşkarlanıb, digər 15 nəfər isə müxtəlif bədən xəsarətləri və zərbə fəsadları ilə təcili tibbi yardıma cəlb olunub. Hadisə yerinə dərhal hərbi xilasetmə briqadaları və təcili tibbi yardım heyətləri cəlb edilib, yaralılar yaxınlıqdakı hərbi hospitala təxliyə olunublar.

Kolumbiya qəzanın başvermə səbəblərinin araşdırılması üçün xüsusi təhqiqat komissiyasının yaradıldığını bildirib.

Helikopterin qəzaya uğradığı Kauka inzibati regionunda yerləşən İnza qəsəbəsi sazişini tanımayan Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) keçmiş üzvlərinin formalaşdırdığı Mərkəzi Baş Komandanlıq (EMC) və radikal Milli Azadlıq Ordusu (ELN) kimi qanunsuz silahlı üsyançı qruplaşmaların fəaliyyət göstərdiyi strateji nəzarət dəhlizi hesab olunur.

Bununla belə, hərbi rəsmilər regiondakı yüksək təhlükəsizlik risklərinə baxmayaraq, ilkin baxış zamanı helikopterə yerdən hər hansı atəş açıldığına dair heç bir iz və ya əlamətin tapılmadığını vurğulayıblar. Qəzanın kəskin əlverişsiz və ya gözlənilməz texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…