Haitinin paytaxtını bürüyən zorakılıqların arxasında duran dəstə lideri Haitinin baş naziri Ariel Henrinin istefa vermədiyi təqdirdə “vətəndaş müharibəsi”nin baş verəcəyi barədə xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yardım qrupları bildirirlər ki, son həftələrdə aralarında çoxu azyaşlı uşaqların da olduğu 15 minə yaxın adam evlərini tərk edib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk vəziyyətin “dözüm edilə bilməyəcək qədər” olduğunu bildirib.
Haiti dəstəsi ölkəni vətəndaş müharibəsi ilə hədələyib
1 dəq