Əsas məzmuna keç

Gürcüstanın Baş prokuroru istefa verib

Gürcüstanın Baş prokuroru istefa verib

Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı rəsmi səhifəsində yazıb.

O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm”.

Qeyd edək ki, İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…