Əsas məzmuna keç

Türkiyədə "OnlyFans" əməliyyatı: 16 nəfər saxlanılıb, milyonlarla dollar müsadirə edilib

Türkiyədə "OnlyFans" əməliyyatı: 16 nəfər saxlanılıb, milyonlarla dollar müsadirə edilib

Türkiyə hüquq-mühafizə orqanları "OnlyFans" platforması üzərindən çirkli pulların yuyulmasında şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

en ru

Türkiyənin 8 vilayətində, o cümlədən İstanbul və Ankarada "OnlyFans" platforması ilə əlaqəli ittihamı ilə 16 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində ümumi dəyəri təxminən 300 milyon lirə (6,9 milyon ) olan aktivlərə həbs qoyulub.

Prokurorluğun məlumatına görə, əməliyyat terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

İstintaqın hədəfində 25 şübhəli şəxs və iki dayanırdı. Şübhəlilərin sosial şəbəkələrdə qeyri-etik məzmunlar paylaşaraq istifadəçiləri "OnlyFans" və "Telegram" kimi ödənişli platformalara yönləndirdikləri və bu yolla qanunsuz gəlir əldə etdikləri bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən şübhəlilərə məxsus 10 daşınmaz əmlak, 14 vasitəsi və 2 şirkət müəyyən edilərək müsadirə olunub.

Qeyd edək ki, Londonda mənzillənən "OnlyFans" platforması 2023-cü ilin iyun ayından etibarən Türkiyədə məhkəmə qərarı ilə bloklanıb. Buna səbəb platformadakı məzmunların ictimai mənəviyyata və ailə dəyərlərinə zidd hesab edilməsidir. Lakin istintaq materiallarına görə, şübhəlilər VPN xidmətlərindən istifadə edərək sayta giriş təmin ediblər. Əldə edilən qanunsuz vəsaitlərin isə daşınmaz əmlak alışı, həmçinin "Bitcoin" və qızıl investisiyaları vasitəsilə yuyulduğu iddia edilir. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…