Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanacaq

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanacaq
16.10.2023 22:15
Aa
dəq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 19-da Mingəçevir Dövlət Dram Teatrında italyan dramaturqu Pepino de Filipponun "Don Rafaello-trombonçu" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

Teatrdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov, Aydın Dəmirov iştirak edirlər.

Səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan bir musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir. Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.

Həftənin ən çox oxunanları

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət olunub

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət olunub
DAVAMIN OXU davamın oxu

Rasim Balayev yeni yaradılan kino ittifaqının sədri seçilib

Rasim Balayev yeni yaradılan kino ittifaqının sədri seçilib
DAVAMIN OXU davamın oxu

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq
DAVAMIN OXU davamın oxu

Klimtin yüz il öncə itən əsəri tapılıb

Klimtin yüz il öncə itən əsəri tapılıb
DAVAMIN OXU davamın oxu

"Oskar" nominasiyaları açıqlanıb

DAVAMIN OXU davamın oxu