Təşviqat kampaniyası bu tarixdən BAŞLAYIR

Təşviqat kampaniyası bu tarixdən BAŞLAYIR
02.08.2024 11:32
Aa
dəq

Gələn həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu