İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 72 min 628, yaralıların sayı isə 172 min 520 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 9 ölü və 39 yaralı gətirilib.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana İsrailin hücumları nəticəsində 846 nəfərin öldüyü, 2 min 418 nəfərin yaralandığı, dağıntılar altından isə 769 nəfərin cəsədinin çıxarıldığı qeyd edilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin qaldığı bildirilib.