Əsas məzmuna keç

Qəzza zolağında ölənlərin sayı 72 mini keçdi

Qəzza zolağında ölənlərin sayı 72 mini keçdi

Qəzzada İsrail hücumları nəticəsində itki sayı artır. 172 mindən çox yaralı var, minlərlə meyit dağıntı altındadır. Bölgədəki son vəziyyət və dəhşətli statistika burada.

en ru

İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı 72 312 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 10 nəfərin meyiti və 44 yaralının gətirildiyi bildirilib.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 733 nəfərin öldüyü, 2 034 nəfərin yaralandığı, dağıntılar altından isə 759 cəsədin çıxarıldığı qeyd olunub.

Bildirilib ki, İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzza zolağına etdiyi hücumlarda ümumi ölənlərin sayı 72 312-yə, yaralananların sayı isə 172 134-ə yüksəlib.

dağıntılar altında hələ də minlərlə cəsədin olduğu vurğulanır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…