Əsas məzmuna keç

Qəzzada ölənlərin sayı 72 553 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 72 553 nəfərə çatdı

İsrail ordusunun hücumları nəticəsində 172 mindən çox yaralı var. Atəşkəsə rəğmən artan itkilər və dağıntılar altındakı cəsədlərlə bağlı son dəhşətli faktlar.

en ru

İsrail Müdafiə Qüvvələri tərəfindən 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına həyata keçirilən hücumlar nəticəsində həlak olanların sayı 72 553 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu, atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.

Qeyd olunub ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 2 ölü və 22 yaralının gətirilib.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana İsrailin hücumları nəticəsində 777 nəfər həlak olub, 2 193 nəfər yaralanıb, dağıntılar altından isə 761 nəfərin cəsədi çıxarılıb.

Məlumata görə, İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ümumi ölənlərin sayı 72 553-ə, yaralıların sayı isə 172 296-ya yüksəlib.

Bildirilib ki, hələ də minlərlə cəsəd dağıntılar altında qalmaqdadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…