Əsas məzmuna keç

Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 72 mini keçib

Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 72 mini keçib

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs rejiminə baxmayaraq bölgədə hərbi əməliyyatlar davam edir.

en ru

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 min 941 nəfərə çatıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in Qəzza Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, atəşkəs rejimi şəraitində belə bölgəyə hücumlar səngimir.

Nazirliyin açıqlamasında son 24 saat ərzində xəstəxanalara 2 nəfərin cənazəsinin gətirildiyi, 40 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib. Statistikaya əsasən, 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəsdən sonra İsrailin hücumları nəticəsində:

  • 932 nəfər həyatını itirib;
  • 2 min 859 nəfər yaralanıb;
  • Dağıntılar altından 781 nəfərin çıxarılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri davam edən hərbi əməliyyatlar zamanı yaralananların ümumi sayı 172 min 967 nəfərə yüksəlib. Nazirlik həmçinin vurğulayıb ki, Qəzzada hələ də minlərlə insanın cənazəsi dağıntılar altında qalmaqdadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…