Əsas məzmuna keç

BMT: İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 mini ötdü

BMT: İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 mini ötdü

"BMT" rəsmisi "İsrail"in "Livan"ın cənubundakı hərbi əməliyyatları nəticəsində minlərlə insanın öldüyünü və yaralandığını açıqlayıb.

en ru

Baş katibinin sözçüsü Stefan Dujarrik Nyu-Yorkdakı mərkəzi qərargahda Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, İsrail ordusunun xüsusilə Cənubi və Qərbi Bekaa vilayətində hərbi əməliyyatları intensivləşdirdiyini bildirib.

Dujarrik qeyd edib ki, son məlumatlara əsasən, 2 mindən çox insan həyatını itirib, 6 min 500-dən çox şəxs isə yaralanıb.

İtkin düşənlərin sayının isə artmaqda davam etdiyi vurğulanıb. O, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası üçün diplomatik yollardan istifadə etməyə çağırıb.

Rəsmi nümayəndə həmçinin bölgədə baş verən digər insidentlərə də diqqət çəkib.

İsrail hərbçiləri Livanda BMT karvanının hərəkətinə mane olmağa cəhd edib və "UNIFIL" mövqelərinə xəbərdarlıq atəşi açıb.

"UNICEF"in məlumatına görə, ölkə boyu su sistemlərinə ziyan vuran ən azı 18 hadisə qeydə alınıb.

Mülki infrastruktur, o cümlədən su anbarları, nasos stansiyaları və əsas su xətləri ciddi zərər görüb.

Sözçü, humanitar yardımların ehtiyacı olanlara maneəsiz çatdırılması üçün tərəfləri BMT sülhməramlılarına, səhiyyə işçilərinə və mülki şəxslərə hörmət etməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…