Əsas məzmuna keç

G7 ölkələri enerji təhlükəsizliyi üçün birgə bəyanat yaydı

G7 ölkələri enerji təhlükəsizliyi üçün birgə bəyanat yaydı

Beynəlxalq Enerji Agentliyi və "Böyük Yeddilik" Yaxın Şərqdəki müharibə fonunda neft ehtiyatlarını açır? Roland Lescure enerji ilə bağlı kritik addımları açıqladı.

en ru

G7 ölkələri Beynəlxalq Agentliyi (BEA) ilə birlikdə Yaxın Şərqdə davam edən müharibənin yaratdığı enerji tələbatının artımını cilovlamaq üçün bütün zəruri tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, G7 ölkələri bu gün birgə bəyanat yayıblar.

Qeyd ediblər ki, G7 üzvləri müzakirələr zamanı irəli sürülən təklifləri diqqətlə öyrənəcəklər:

"Prinsipcə, biz strateji ehtiyatların istifadəsi də daxil olmaqla, vəziyyəti həll etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsini dəstəkləyirik".

Qeyd edək ki, BEA-ya üzv ölkələr hazırda 1,2 milyard bareldən çox dövlət ehtiyatına malikdir, daha 600 milyon barel isə hökumətlər tərəfindən saxlanılır.

Fransanın maliyyə naziri Roland Lescure ayrıca bir açıqlama verərək, hələlik bu mərhələdə yekun qərarın verilmədiyini qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…