Əsas məzmuna keç

Fuad Hüseynov: Qaçqınlar 30 il dövlət qayğısı ilə əhatə olunub

Fuad Hüseynov: Qaçqınlar 30 il dövlət qayğısı ilə əhatə olunub

Dövlət Komitəsinin rəsmisi 30 il ərzində 62 min ailənin mənzillə təmin olunduğunu, Heydər Əliyev və İlham Əliyevin sosial siyasətinin uğurlarını açıqladı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad deyib.

O bildirib ki, iki dövlət proqramının icrası çərçivəsində məcburi köçkün və qaçqınlar üçün ölkəmizin 30 şəhər və rayonlarında 121 yeni qəsəbə və bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 62 min məcburi köçkün ailəsi, 300 mindən çox soydaşımız həmin qəsəbələrdə, yaşayış komplekslərində mənzillərlə təmin olunub. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsində onların məşğulluq imkanları artırılıb, yoxsulluq həddi minimuma endirilib.

Eyni zamanda, qanunvericilik sahəsində də çox mühüm addımlar atılıb. Qaçqınlardan fərqli olaraq ölkə daxilində köçürülmüş şəxslərlə bağlı beynəlxalq praktikada imperativ xarakter daşıyan heç bir beynəlxalq konvensiyası mövcud deyil və yeganə sənəd "Daxili yerdəyişmə üzrə rəhbər prinsiplərdir" ("Guiding Principles on Internal Displacement") ki, o da "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar qəbul edildikdən sonra təsdiqlənib. Bu siyasət Ulu Öndər tərəfindən qoyulub və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək, zənginləşdirilərək ardıcılıqla davam etdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…