AnewZ-nin məlumatına görə, Fransanın şimalındakı Kaley-Fretun dəmir yolu vağzalında bomba xəbərdarlığı elan edilib. Bu, London və Paris arasında Eurostar qatarlarının hərəkətində gecikmələrə səbəb olub. Hadisə barədə çərşənbə günü yerli hakimiyyət orqanları və dəmir yolu operatoru məlumat verib.
Pas-de-Kale prefekturası xəbərdarlığın ətrafdakı dəmir yolu hərəkətinə təsir göstərə biləcəyini bildirib. Eurostar isə Britaniya və Fransa paytaxtları arasında bəzi reyslərin gecikdiyini təsdiqləyib.
Şirkətin açıqlamasında deyilir: “Fransa hakimiyyətinin tələbi ilə qatarlar hazırda Kaley-Fretun vağzalından keçə bilmir. Bu, Londona və Londondan həyata keçirilən bəzi reyslərdə gecikmələrə səbəb olur”.