Əsas məzmuna keç

Fransa 6 milyard avro itirdi: Nazir rəsmi rəqəmi açıqladı

Fransa 6 milyard avro itirdi: Nazir rəsmi rəqəmi açıqladı

Roland Leskur RTL kanalına açıqlamasında 6 milyardadək maliyyə zərərini təsdiqlədi. Faiz dərəcələrinin artımı və qənaət tədbirləri rəsmi Paris üçün nə vəd edir?

en ru

Fransa Yaxın Şərqdə davam edən münaqişə səbəbindən milyardlarla itki ilə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Roland Leskur RTL televiziya kanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırkı mərhələdə Fransa üçün iqtisadi itkilərin həcmi 4–6 milyard avro arasında qiymətləndirilir. O qeyd edib ki, bu məbləğə borc kapitalının dəyərinə təsir edən 3,6 milyard avro da daxildir və faiz dərəcələrinin artması bu təsiri daha da gücləndirir.

Leskur əlavə edib ki, Yaxın Şərqdəki böhranın maliyyə nəticələri fonunda dövlət xərcləri ilə bağlı əlavə tədbirləri nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, hazırda xərclərin tam ləğvi planlaşdırılmır, lakin “texniki olaraq dondurma” adlandırılan tədbirlər tətbiq oluna bilər.

Nazir bildirib ki, vəziyyət sabitləşərsə, bu məhdudiyyətlərin aradan qaldırılması mümkündür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…