"Formula 1": Avstraliya Qran Prisində azarkeş yaralanıb

"Formula 1": Avstraliya Qran Prisində azarkeş yaralanıb
03.04.2023 13:20
Aa
dəq

"Formula 1" üzrə Avstraliya Qran Prisində azarkeş yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Uill Svit adlı fanat bu barədə yerli radioya açıqlamasında bildirib.

Svit "Haas" komandasının pilotu Kevin Maqnussenin qəzasından sonra bolidin qalıqlarından birinin ona dəydiyini söyləyib.

Tərəfdar qolunun kəsildiyini də vurğulayıb: "Avtomobilin qalığı həmin an boynumu bağlayanda əlimə dəydi. Parça çox kəskin və böyük idi. Məni başqa bucaqdan vursaydı, nə olacağını təsəvvür etməkdən qorxuram".

Svit ardından müalicə üçün tibb məntəqəsinə gedib. Azarkeş hadisədən sonra heç bir yarış rəsmisinin onunla maraqlanmadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, "Red Bull" pilotu Maks Ferstappen yarışın qalibi olub. Mövsümün dördüncü yarışı Bakıda gerçəkləşəcək. Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu