“Fitch” 2023-2024-cü illərdə Azərbaycanda inflyasiyanın azalması amillərini açıqlayıb

“Fitch” 2023-2024-cü illərdə Azərbaycanda inflyasiyanın azalması amillərini açıqlayıb
01.04.2023 10:47
Aa
dəq

Azərbaycanda inflyasiya səviyyəsi ötənilki 13,9 %-dən 2023-cü ildə orta hesabla 10,3 %-ə düşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.

Agentlik 2024-cü il üçün inflyasiyanın 7,3 %-ə qədər azalacağını proqnozlaşdırır.

"Bu, qlobal əmtəə qiymətlərinin aşağı düşməsi, tədarük zəncirindəki fasilələrin azalması və daha güclü real effektiv məzənnə ilə bağlıdır. Buna baxmayaraq, bu proqnozlar hələ də Azərbaycan Mərkəzi Bankının hədəfindən (4% +/-2 faiz bəndi) yüksəkdir", - agentlik vurğulayır.

“Fitch”in qeyd etdiyi kimi, ölkədə inflyasiya 2022-ci ilin oktyabrında qeydə alınmış 15,6 %-lik ən yüksək həddən cari ilin fevral ayında 14,1 %-ə enib, bu da qismən ərzaq qiymətləri inflyasiyasının 4 faiz bəndi azalaraq 17,1 %-ə düşməsini əks etdirir: "Daxili komponent ötən ilin əvvəli ilə müqayisədə bir qədər yüksəkdir, nominal əmək haqqı artımı isə ümumi səviyyəyə yaxındır".

İnflyasiya təzyiqlərini aradan qaldırmaq üçün Azərbaycanda uçot dərəcəsi son bir ildə 100 baza bəndi artırılaraq 8,5 %-ə çatdırılıb, məcburi ehtiyatlardan da istifadə edilməklə bank sektorunun likvidliyinin mənimsənilməsi üçün digər tədbirlər görülsə də, pul siyasətinin transmissiyası nisbətən zəifdir, agentlik qeyd edir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu