Əsas məzmuna keç

FIFA DÇ-2026 hakim siyahısını yenilədi

FIFA DÇ-2026 hakim siyahısını yenilədi

Beynəlxalq Futbol Federasiyası dünya birinciliyi üçün ədalət təmsilçilərini yenilədi. ABŞ, Kanada və Meksikada hansı referilərin fit çalacağı artıq bəllidir.

en ru

Hakimlər Komitəsi 2026-cı il öncəsi siyahısında dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” qurumun xidmətinə istinadən xəbər verir ki, 33 fransalı hakim Villli Delajo videohakimlər siyahısına əlavə edilib.

Bu dəyişiklikdən sonra, FIFA-ya üzv 50 assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 31 videohakimin 2026-cı il dünya çempionatının oyunlarını idarə etməsi gözlənilir.

Bildirilib ki, hakimlər mayın sonunda keçiriləcək təlim-məşq toplanışı üçün ABŞ-nin Mayami şəhərinə yollanacaqlar.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…