Əsas məzmuna keç

Dünya Çempionatı 2026: Qlobal arenada parlayan 10 yeni ulduz

Dünya Çempionatı 2026: Qlobal arenada parlayan 10 yeni ulduz

2026-cı il FIFA Dünya Çempionatı bir çox sürpriz və maraqlı məqamlarla yadda qaldı. Turnirdə ilk dəfə iştirak edərək özünü dünyaya tanıdan 10 gənc futbolçunu təqdim edirik.

en ru

2026-cı il FIFA təkcə nəticələri ilə deyil, yeni ulduzlarının parlaq çıxışı ilə də qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, turnirdə ilk dəfə çıxış edən və ya Dünya Çempionatında debüt edən bir sıra futbolçular yüksək performansları ilə diqqət mərkəzinə düşüblər.

Onların sırasında İspaniya millisinin yarımfinala yüksəlməsində mühüm rol oynayan Lamin Yamal, Norveç yığmasının heyətində 5 oyunda 7 qol vuran Erlinq Holand, Fransa millisində məhsuldar çıxışı ilə seçilən Maykl Olise, Dezire Due və Bredli Barkola yer alırlar.

millisinin gənc ulduzu Arda Güler də ABŞ ilə oyunda vurduğu qolla Dünya Çempionatında fərqlənən ən gənc türk futbolçu kimi tarixə düşüb.

Bundan başqa, Viktor Gyökeres, João Neves, Aleksandr İsak və Florian Virts də turnirdə nümayiş etdirdikləri oyunla həm azarkeşlərin, həm də aparıcı Avropa klublarının diqqətini cəlb ediblər.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı Braziliya millisinin 30 ildən sonra ilk dəfə 1/8 finalda mübarizəni dayandırması kimi gözlənilməz nəticələrlə yanaşı, gələcəyin futbol ulduzlarının beynəlxalq arenada təsdiqlədiyi turnir kimi də yadda qalacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…