Əsas məzmuna keç

"Barselona" Yamalın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb

"Barselona" Yamalın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb

Gənc ulduz Lamine Yamal zədə səbəbindən cari mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.

en ru

İspaniyanın "Barselona" klubu gənc futbolçusu Lamine Yamalın səhhəti ilə bağlı rəsmi məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytında yer alan açıqlamaya görə, "Selta" ilə keçirilən və 1:0 hesabı ilə başa çatan matçdan sonra vingerin dizaltı vətərində aşkarlanıb.

Bu səbəbdən gənc istedad cari mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.

Bununla belə, "Barselona" rəhbərliyi Yamalın iyun ayında start götürəcək 2026-cı il Dünya Çempionatına qədər bərpa olunacağını vurğulayıb.

Qeyd edək ki, 18 yaşlı futbolçu bu mövsüm "La Liga" çərçivəsində 28 oyunda meydana çıxaraq 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında keçirdiyi 10 matçda 6 qol vurub və 4 assist edib.

Lamine Yamalın "" ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir və onun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…