Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırdı

2 dəq
Paylaş:
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırdı

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “” MTK-ya məxsus binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə FHN-in xidmətindən bildirilib.

Yoxlama zamanı liftlərin tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK-nın hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax