Əsas məzmuna keç

Bakıda avtomobil yanıb: Yanğın söndürülüb, təfərrüatlar açıqlandı

Bakıda avtomobil yanıb: Yanğın söndürülüb, təfərrüatlar açıqlandı

Paytaxtın Yasamal rayonunda nəqliyyat vasitəsinin alovlanması ilə bağlı FHN məlumat yayıb. Hadisə zamanı xəsarət alan varmı? Yanğının səbəbləri məlum olub.

ru en

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət olmayıb.

Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…