Fərid Şəfiyev: “Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevirilib”

Fərid Şəfiyev: “Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevirilib”
05.05.2023 10:38
Aa
dəq

“Ümummilli Lider Heydər Əliyevin ölkənin iqtisadi inkişafına verdiyi töhfələr sayəsində Azərbaycan hazırda Cənubi Qafqaz regionunda lider ölkədir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün Bakıda keçirilən “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu konfransın məqsədlərindən biri gənc nəsli Heydər Əliyev irsi haqqında məlumatlandırmaqdır: “Heydər Əliyevin prezident olduğu dövrdən 20 il ötür. Adətən bu dövr tarixçilərin qiymət verməsi üçün kifayət etmir. Lakin 20 il ərzində Azərbaycan o qədər mühüm nailiyyətlər əldə edib ki, bu gün biz tamamilə başqa ölkədə yaşayırıq”.

F.Şəfiyev vurğulayıb ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra 1990-cı illərlə bağlı olan bütün problemləri həll edə bilib: “Həmin dövrdə Azərbaycan iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, sosial problemlərlə üzləşmişdi”.

“Ölkəni iqtisadi böhrandan çıxaran Heydər Əliyev uzaqgörən siyasətlə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başlayıb. Üstəlik, həmin dövrdə ölkənin enerji strategiyasının da əsası qoyulub”, - o vurğulayıb. 

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu