Əsas məzmuna keç

Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub

Aşqabadda keçirilən görüşdə dövlət başçılarının iştirakı ilə enerji və nəqliyyat sahəsində regional inteqrasiya perspektivləri geniş təhlil edilib.

en ru

Azərbaycanın naziri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində və özbəkistanlı həmkarları ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb.

"Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə üçtərəfli görüş keçirməkdən məmnun oldum.

Ölkələrimiz arasında ortaq tarixə, qarşılıqlı etimada və ümumi regional maraqlara əsaslanan qardaşlıq əlaqələrini və strateji əməkdaşlığı daha da gücləndirmək əzmimizi bir daha təsdiqlədik.

Üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi, və tranzit əlaqələrinin genişləndirilməsi, enerji və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də regional və regionlararası nəqliyyat dəhlizlərinin potensialından tam istifadə edilməsi məsələlərini müzakirə etdik.

Regional bağlantıların, iqtisadi inkişafın və sabitliyin təşviqi məqsədilə davamlı siyasi dialoqun, daha sıx koordinasiyanın və birgə səylərin vacibliyini vurğuladıq", - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…