Əsas məzmuna keç

İtaliyanın XİN rəhbəri Bakıdakı danışıqlara yüksək qiymətləndirib

İtaliyanın XİN rəhbəri Bakıdakı danışıqlara yüksək qiymətləndirib

İtaliyanın xarici işlər naziri Antonio Tayani bu gün Bakıda keçirilmiş danışıqları yüksək qiymətləndirib. Bu barədə A.Tayani Azərbaycanın XİN başçısı...

en ru

İtaliyanın naziri Antonio Tayani bu gün Bakıda keçirilmiş danışıqları yüksək qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə A.Tayani Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Son illərdə münasibətlərimiz daha da yaxşı olub. Bu, təkcə Azərbaycana səfərlərlə məhdudlaşmır", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfəri onu göstərir ki, iki ölkə arasındakı münasibətlər sürət qazanır: "Bunu həm qəbul edilmiş qərarlar, həm də imzalanmış sazişlər sübut edir. Onlar hər iki ölkənin iqtisadi inkişafı üçün yeni perspektivlər açır, sənaye ölkəsi kimi İtaliyanın rəqabətqabiliyyətini artırmağa imkan verir və birgə artım üçün şərait yaradır. Biz, həmçinin, hər iki tərəf üçün investisiya əməkdaşlığının davam etdirilməsini təmin etməyin nə dərəcədə vacib olduğuna diqqət yetirdik".

A.Tayani, həmçinin, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İtaliya vətəndaşlarının İrandan təxliyyəsində göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…