Əsas məzmuna keç

Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı detalları açıqladı

Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı detalları açıqladı

XİN başçısı Hakan Fidanla görüşdə Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayıb. Naxçıvan-Türkiyə bağlantısı və 2027-ci il hədəfləri barədə detallar.

en ru

“Orta Dəhlizin yeni istiqaməti kimi Zəngəzur dəhlizinin xüsusi önəmi var”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Respublikasının naziri Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın əsas hissəsində Ermənistanla sərhəd istiqamətində yolunun tikintisi üzrə işlərin 95%-i, dəmir yolu layihəsinin isə 75%-i tamamlanıb.

“Hər iki layihənin 2027-ci ildə başa çatması nəzərdə tutulur. Hazırda Naxçıvanda dəmir yolunun yenidən qurulması ilə bağlı işlərə başlanılıb. Türkiyə-Naxçıvan dəmir yolunun 42 kilometrlik hissəsi ərazisinə düşür. Bu, Zəngəzur dəhlizinin bir hissəsidir. Burada danışıqlar ABŞ və Ermənistan arasında həyata keçirilir. Bu, Ermənistan ərazisi sayılsa da, giriş və çıxış Azərbaycandan həyata keçiriləcək. Layihələndirmə işləri bu il başa çatmalıdır, fiziki işlər isə 2027-ci ildə başlayacaq. Bu layihənin başa çatdırılması vacibdir. Artıq Avropadan Türkiyə və Azərbaycan üzərindən bağlantının təmin olunması üçün şərait yaranacaq”, - Ceyhun Bayramov qeyd edib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…