Əsas məzmuna keç

Ceyhun Bayramov: Şimal-Cənub dəhlizi bizim üçün prioritetdir

Ceyhun Bayramov: Şimal-Cənub dəhlizi bizim üçün prioritetdir

XİN rəhbəri Ceyhun Bayramovun sözlərinə görə, nəqliyyat qovşağı kimi mühüm layihə olan Şimal-Cənub marşrutu regionun iqtisadi potensialını necə dəyişəcək?

en ru

"Şimal-Cənub" beynəlxalq layihəsi üçün mühüm əhəmiyyət kəsb edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın naziri bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

"Bu layihə bizim üçün böyük əhəmiyyət kəsb edir", - C.Bayramov deyib.

Nazir vurğulayıb ki, dəhlizin Azərbaycan hissəsinin inkişafının Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılmış bütün aspektləri vaxtında icra olunur.

Onun sözlərinə görə, ehtiyac yaranarsa, Azərbaycan 2028-ci ilədək dəhlizin ötürücülük qabiliyyətini ildə 5 milyon tona qədər artırmağa hazırdır: "Rusiya tərəfindən bütün işlərin başa çatdırılması və İran ərazisində işlərin yekunlaşmasından sonra Bakı dəhlizin öz ərazisində yerləşən hissəsinin ötürücülük qabiliyyətini artırmağa hazırdır".

C.Bayramov İran Astarasında dəmir yolu infrastrukturunun inkişafına xüsusi diqqət ayırıb. O qeyd edib ki, Azərbaycan kapitalı hesabına maliyyələşən terminalın tikintisi faktiki olaraq (hazırlıq 98 % olaraq qiymətləndirilir) başa çatıb. Hazırda tərəflər obyektin istismara verilməsi və qəbulu üzrə prosedurların yekun olaraq razılaşdırılması üzərində işləyirlər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…