İsrailin bölgədəki hücumları nəticəsində dağılan binaların dağıntıları altında 720-si uşaq olmaqla ən azı 1400 adamın itkin düşdüyünü açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən açıqlamada, İsrail hücumları nəticəsində bu günə qədər Qəzzada 521 ailədən 3 min 109 nəfərin həyatını itirdiyi bildirilib.