Əsas məzmuna keç

Qəzzada ölənlərin sayı 73 789-a yüksəlib

Qəzzada ölənlərin sayı 73 789-a yüksəlib

Qəzza Səhiyyə Nazirliyi İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumları ilə bağlı son itkiləri açıqlayıb.

en ru

İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumları nəticəsində qeydə alınan insan itkilərinə dair göstəriciləri açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi bəyanatda məlumat verilib.

Məlumata əsasən, son 24 saat ərzində anklavdakı xəstəxanalara daha 3 nəfərin cəsədi və 27 gətirilib. Bununla da hərbi əməliyyatların başladığı gündən bəri həyatını itirənlərin ümumi sayı 73 789 nəfərə, xəsarət alanların sayı isə 174 798-ə çatıb.

Açıqlamada həmçinin qeyd olunub ki, 10 oktyabr 2025-ci il tarixində atəşkəsin elan edilməsindən bəri İsrail zərbələri nəticəsində 1 375 fələstinli həlak olub, 4 686 nəfər isə yaralanıb. Bu müddət ərzində dağıntılar altından 831 nəfərin cəsədi çıxarılıb. Təhlükəsizlik və resurs çatışmazlığı səbəbindən dağılmış binaların altında hələ də minlərlə cəsədin qaldığı vurğulanır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…