Əsas məzmuna keç

Ermənistanın yeni Konstitusiya layihəsi hələ dərc olunmayacaq

Ermənistanın yeni Konstitusiya layihəsi hələ dərc olunmayacaq

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan sənədin gecikmə səbəblərini açıqladı. Rəsmi İrəvanın əsas qanun layihəsindəki son dəyişikliklər nə vaxt ictimaiyyətə açıqlanacaq?

ru en

"Ermənistanın yeni Konstitusiyasının hələ olunmağa hazır deyil, Ədliyyə Nazirliyi aidiyyəti şəxslərin rəy və təkliflərini gözləyir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ermənistanın ədliyyə naziri Qalyan deyib.

Nazirin sözlərinə görə, yeni Konstitusiyanın mətninin dərc olunması məsələsi ötən gün müzakirə edilib.

“Konstitusiyanın mətninin dərc olunması ilə bağlı məsələ müzakirə olundu. Hazırda müəyyən həmkarlarımızın rəy və qeydlərini gözləyirik. Bu rəylərin toplanması üçün təxminən bir-iki həftə vaxt lazım olacaq. Daha sonra daha bir və ya iki müzakirə keçiriləcək. Yalnız bundan sonra mətnin dərcə hazır olub-olmadığını müəyyənləşdirəcəyik”, - Qalyan bildirib.

Nazir əlavə edib ki, sənədin daha əvvəl dərc edilməməsinin səbəbi mətnin tam hazır olmaması və bəzi mütəxəssislərin öz qeydlərini vaxtında təqdim etməməsi olub.

Onun sözlərinə görə, Konstitusiya layihəsinin dərc olunması barədə təkbaşına deyil, kollektiv şəkildə qəbul edilməlidir və müvafiq qərar verildikdən sonra mətn ictimaiyyətə təqdim olunacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…