“Ermənistanın növbəti bəhanəsi”- ŞƏRH

“Ermənistanın növbəti bəhanəsi”- ŞƏRH
14.11.2023 15:58
Aa
dəq

Rusiya Ermənistanın təhlükəsizliyində əsas iştirakçılarsan biridir. Paşinyan hakimiyyətinin qərbyönümlü siyasəti fonunda bir növ Rusiyanın yerini Fransa tutmağa çalışır. Xüsusən 44 Günlük müharibədən sonra sərhəddə baş verən proseslər fonunda Paşinyan Rusiyanı ittiham edir. O cümlədən, bunu da bir növ bəhanə gətirərək açıq şəkildə qərblə yaxınlaşma prosesi həyata keçirir. Bu isə Rusiyanın Ermənistana qarşı mövqe sərgiləməsinə səbəb olub. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Asif Nərimanlı bildirib.

"Fransa məhz bundan istifadə edərək Ermənistan üzərindən Cənubi Qafqaza qarşı maraqlarını müdafiə etməyə çalışır. Silahlandırma da Rusiya silahlarını verilməməsi fonunda, Fransanın bu prosesi öz üzərinə götürməsidir. Ancaq burada başqa məsələlər də var ki, birinci mərhələdə Ermənistanı gücləndirmək, lazım olan ehtiyaclarını həm hərbi, həm siyasi cəhətdən ödəmək və Cənubi Qafqazda Ermənistanı Fransa üzərindən möhkəmləndirməkdir. Prosesin ikinci mərhələsində isə görünür ki, Rusiyanın öncə Ermənistandan çıxarıb onun yerini tutmaqdısa bunun üçün də bəhanələr lazımdır. 

Biz 44 Günlük Müharibədən sonra baş verən təxribatlar fonunda bu bəhanələri görmüşük. Ermənistanın KTMT-dən çıxması, ümumiyyətlə Rusiyadan müttəfiq olaraq imtina etməsi bəhanədir. Burada hərbi üstünlük qazanmaqdan daha çox məsələ Azərbaycan Ermənistan tərəfində siyasi hədəflərdən gedir. Burada siyasi hədəf Rusiya bazasını çıxarmaq və onların yerinə Fransanın rəsmi şəkildə daxil olmasıdır.

Bunun üçün həm də Ermənistan ictimai rəyinin dəstəyini qazanmaq lazımdır. Artıq bu proses gedir və son sorğular göstərir ki, Ermənistan ictimai rəyində fransayönümlü mövqe daha da önə çıxır, bunu bir qədər də sürətləndirir".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu