Əsas məzmuna keç

“Soyuqqanlı olmalı, səssiz də qalmamalıyıq” - Rəşad Məcid

“Soyuqqanlı olmalı, səssiz də qalmamalıyıq” - Rəşad Məcid

Mətbuat Şurasının sədri Türkiyə mediasındakı qərəzli kampaniyalara sərt reaksiya verdi. Şuşa Bəyannaməsinə zidd çıxış edənlərə qarşı təcili tədbir tələb olunur.

en

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Rəşad Məcid OMM-ə bildirib ki, Türkiyədə bəzi dairələrin Azərbaycana qarşı fikirləri cəmiyyətdə narazılıq doğurub.
  • Məcid təmkinli davranmağı, lakin susmayaraq prinsipial mövqe nümayiş etdirməyi vacib sayıb.
  • O, Türkiyə ədliyyə sistemini təşkilatçılara qarşı gecikmədən “operasyon” keçirməyə çağırıb.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Son günlər Türkiyədəki bəzi dairələr və media platformaları tərəfindən Azərbaycana və İlham Əliyevə qarşı səsləndirilən qərəzli fikirlər, aparılan asimmetrik kampaniyalar cəmiyyətdə haqlı narazılıq və təəssüf hissi doğurub. İki qardaş ölkə — və arasında Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qaldırılmış münasibətlərin ruhuna zidd olan bu çıxışlar, eyni zamanda bütöv Türk dünyasının birliyinə kölgə salmaq cəhdi kimi qiymətləndirilir.

Xüsusilə dövlət başçısının xaricdən edilən müdaxilələrə cavab olaraq bildirdiyi “…hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” mesajından sonra gözlənilirdi ki, bu cür bəsit və təxribatçı yanaşmalara son qoyulacaq. Lakin müəyyən dar düşüncəli şəxslərin yenidən qabağa verilərək eyni ritorikanı davam etdirməsi məsələnin arxasında daha dərin media-manipulyasiyalarının və təşkilatçı qüvvələrin durduğunu göstərir.

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Mətbuat Şurasının sədri bildirib ki, yaranmış vəziyyətdə təmkinli davranmaqla yanaşı, prinsipial mövqe nümayiş etdirmək vacibdir:

"Soyuqqanlı olmalı, səssiz də qalmamalıyıq. Cənab Prezidentin bu sərrast sözlərindən sonra hər kəs sakitcə düşünməli, öz səhvini təhlil etməli, öz payını götürməliydi. Gözlənilən, arzuolunan bu idi. Amma qardaş ölkədəki dar düşüncəli, cahil insanların yenidən qabağa verilərək öz bəsit düşüncələri ilə Azərbaycana yol göstərmələrinin davam etdiyini gördükcə heyrətlənirsən!"

Mətbuat Şurasının sədri əlavə edib ki, bu cür təxribatçı cəhdlərin qarşısı dərhal hüquqi müstəvidə alınmalıdır:

"Qardaşlığımıza, bütöv Türk dünyasına zərər vura biləcək bu hərəkətlərin təcili sonlandırılması, suyu bulandıranların üzə çıxarılması üçün təşkilatçılara qarşı Türkiyə ədliyyə sistemi tərəfindən indi orada dəbdə olan “operasyon” keçirilməsi vacibdir. Həm də gecikmədən!"

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…