Əsas məzmuna keç

Türkiyə-Azərbaycan strateji müttəfiqliyi niyə hədəfdədir? – Hikmət Babaoğludan AÇIQLAMA

Türkiyə-Azərbaycan strateji müttəfiqliyi niyə hədəfdədir? – Hikmət Babaoğludan AÇIQLAMA

Şuşa Bəyannaməsi ilə möhkəmlənən birliyə qarşı kimlər təxribat aparır? Deputat Hikmət Babaoğlu Zəngəzur dəhlizi və regional təhlükəsizliyi hədəf alanları ifşa etdi.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Hikmət Babaoğlu Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin müxtəlif kəşfiyyat mərkəzlərinin hədəfinə çevrildiyini bildirib.
  • O, 2016-cı ildə Türkiyə dövlətini yıxmağa cəhd edənləri və Zəngəzur dəhlizinin əleyhdarlarını günahlandırıb.
  • Deputat Azərbaycan və Türkiyə cəmiyyətlərini ayıq-sayıq olmağa çağırıb; onun sözlərinə görə, hücumlar nəticəsiz qalacaq.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

və arasında strateji müttəfiqlik münasibətləri regionda sülhün və təhlükəsizliyin əsas zəmanəti hesab olunur. Şuşa Bəyannaməsi ilə hüquqi müstəvidə daha da möhkəmlənən bu birlik xüsusilə son dövrdə müxtəlif ideoloji, siyasi və kəşfiyyat mərkəzlərinin hədəfinə çevrilib. Sosial şəbəkələr və radikal qruplaşmalar üzərindən həyata keçirilən hücumlar iki ölkə arasındakı sarsılmaz telləri zəiflətmək məqsədi daşıyır.

Bəs bu təxribatların arxasında hansı qüvvələr dayanır və Azərbaycan-Türkiyə münasibətlərinin hədəf alınmasının əsas səbəbləri nədir?

Məsələ ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən Milli Məclisin deputatı Babaoğlu bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında hüquqi öhdəliklərlə möhkəmləndirilmiş strateji müttəfiqlikdir:

“Tarix özü sübut elədi ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə olanda təkcə iki ölkənin mənafeyi baxımından deyil, bütövlükdə böyük bir coğrafiyada sülhün və əmin-amanlığın bərqərar olunması baxımından çox böyük işlər görmək mümkün olur. Ona görə də hər fürsətdə müxtəlif kəşfiyyat mərkəzləri bu münasibətləri hədəfə almağa çalışırlar. Həm ictimai platformada, sosial şəbəkələr vasitəsilə, həm də müxtəlif ideoloji və dini-ideoloji qruplaşmaların radikal mövqeyi kontekstində. Ancaq Azərbaycan xalqının bir atalar sözü var: ”Yel qayadan nə aparar" Bütün bu sosial şəbəkələr, müxtəlif radikal qruplaşmalar nə qədər öz cəhdlərini sinxron şəkildə birləşdirib Azərbaycan-Türkiyə münasibətlərinə hücum etsələr də, heç bir şey əldə edə bilməyəcəklər."

Deputat bu birliyi istəməyən xarici qüvvələri və onların məqsədlərini də aydın şəkildə sadalayıb:

"Bunu istəməyən qüvvələr 2016-cı ildə, 15 İyulda Türkiyə dövlətini yıxmağa cəhd edənlərdir. Bunu istəməyənlər qardaş Türkiyə ilə Azərbaycanın böyük kommunikasiya layihələrini həyata keçirməsində maraqlı olmayan qüvvələrdir. Bunu istəməyən qüvvələr Qarabağda yaşayan erməni terrorçularını sonuna qədər dəstəkləyən, öz ərazisindən Ermənistana silah göndərən, Zəngəzur dəhlizinin əleyhinə olan, radikal məzhəbi Azərbaycanda yaymağa çalışan və nəhayət Azərbaycana qarşı narkotik müharibəsi elan edən böyrümüzdəki qonşudur. Və bunu istəməyən əlbəttə ki, şimal qonşumuzdur."

Hikmət Babaoğlu vurğulayıb ki, fərqli adlar altında çıxış etsələr də, bu dairələrin əsas məqsədi eynidir:

"Yəni, hər nə qədər üzdə bunlar fərqli-fərqli qüvvələr kimi görünsə də, Azərbaycan-Türkiyə qardaşlığına münasibətdə bunların mövqeyi eynidir. Çünki hər birinin — şimalın da, cənubun da, okeanın o tərəfindəki sorosçuların da məqsədi eynidir. Bax əsl düşmənlərimiz onlardır. Buna görə də Türkiyə cəmiyyəti də, Azərbaycan cəmiyyəti də ayıq-sayıq olmalıdır ki, gücümüzü azaltmağa yönələn bu cür qlobal miqyaslı böyük təxribatlara imkan verməyək, yol verməyək. Çünki biz böyük gələcəyə doğru irəliləyirik. Və bu böyük gələcək uzaqda deyil."

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…