Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanda demoqrafik böhran: Doğum yaşı artır, əhali sürətlə qocalır

3 dəq
Paylaş:
Ermənistanda demoqrafik böhran: Doğum yaşı artır, əhali sürətlə qocalır

Ermənistanda qadınların ilk övladlarını dünyaya gətirdikləri orta yaş həddinin artması ölkənin vəziyyətinə mənfi təsir göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Dövlət İqtisad Universitetinin İdarəetmə fakültəsinin dekanı Manuk Movsisyanın sözlərinə görə, bu tendensiya gələcəkdə sayının azalmasına və cəmiyyətin daha da qocalmasına gətirib çıxaracaq.

Rəsmi statistikaya əsasən, hazırda ölkədə ilk dəfə ana olan qadınların orta yaşı 29,2-dir. Şəhər yerlərində bu rəqəm 30,1, kənd yerlərində isə 28,3 təşkil edir.

Müqayisə üçün qeyd edək ki, bu göstərici Şərqi Avropanın bir çox ölkələrindən daha yüksəkdir.

Mütəxəssis vurğulayır ki, qadınların ilk övladlarını gec yaşda dünyaya gətirməsi, sonrakı uşaqların (ikinci, üçüncü və ya dördüncü) doğulma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Demoqrafik göstəricilərin pisləşməsi təkcə iqtisadi deyil, həm də sosial-psixoloji amillərlə bağlıdır.

Sovet dövründə ana olma yaşı 20-22 aralığında idisə, bu gün gənclər karyera qurmağa və peşəkar inkişafa üstünlük verirlər.

Nəticədə, nikaha daxilolma yaşı da ilbəil artır. Ekspertin proqnozuna görə, yaxın illərdə bu tendensiya davam edəcək və ana olma yaşı daha 1-2 il arta bilər.

artıq "qocalan millət" statusuna yaxınlaşır. BMT-nin məlumatlarına görə, 1995-1996-cı illərdə yaşlıların payı 7%-dən aşağı olduğu halda, 2026-cı ilin əvvəlinə bu rəqəm 10,1%-ə çatıb. Proqnozlar daha da pessimistdir: 2050-ci ilə qədər 63 yaşdan yuxarı insanların payının 24%-ə, 60 yaşdan yuxarı olanların isə 33%-ə yüksələcəyi gözlənilir.

Movsisyan qeyd edir ki, hazırda ölkədə əmsalı 1,7-dir, lakin sadə reproduksiya üçün bu rəqəm 2,1 olmalıdır.

Hökumətin 2014-cü ildən tətbiq etdiyi sosial dəstək proqramları (mənzil təminatı, müavinətlər) yalnız qısamüddətli effekt verib. Mütəxəssis problemin həllini gənc nəslin düşüncə tərzinin dəyişdirilməsində və çoxuşaqlı ailə modelinin təşviqində görür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax