Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Rusiyaya işgüzar səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfərlə bağlı qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Tovmasyan sentyabrın 15-dən 17-dək Moskvada olacaq. O, MDB-yə üzv dövlətlərin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şurasının 48-ci sessiyasında iştirak edəcək.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan da İrana işgüzar səfər edəcək.
O, sentyabrın 12-də Culfa şəhərinə və “Norduz” sərhəd-keçid məntəqəsinə baş çəkəcək.
Akopyan, həmçinin sərhədyanı əməkdaşlıq məsələlərinə həsr olunmuş ikitərəfli görüşdə iştirak edəcək.
Ermənistan və İran daha əvvəl “Sadələşdirilmiş gömrük dəhlizi”nin yaradılması barədə razılığa gəliblər.
Birgə hazırlanan layihəyə əsasən, ölkələrdən birinin gömrük orqanları qonşu dövlətə göndərilən yükləri rəsmiləşdirərkən mallar və göndərənlər barədə elektron məlumatları əvvəlcədən qarşı tərəfə təqdim edəcəklər.
Bu mexanizm qəbul edən tərəfə həmin yüklər üzərində gömrük nəzarətini sadələşdirilmiş qaydada həyata keçirməyə imkan verəcək.