Əsas məzmuna keç

Paşinyan: Ermənistan ABŞ-nin İrana qarşı yeni sanksiyalarını araşdırır

Paşinyan: Ermənistan ABŞ-nin İrana qarşı yeni sanksiyalarını araşdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketinin ölkə iqtisadiyyatına təsirlərini təhlil etdiklərini bildirib.

en ru

hökuməti ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini araşdırır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə məsələ ilə bağlı açıqlama verib.

Paşinyanın sözlərinə görə, Ermənistanın bank sektoru risklərinə qarşı kifayət qədər ehtiyatlı və intizamlı siyasət yürüdür.

Baş nazir bildirib ki, bəzi ekspertlər bankların bu yanaşmasını həddindən artıq ehtiyatlı hesab etsələr də, təcrübə onların strategiyasının özünü doğrultduğunu göstərir.

qeyd edib ki, iqtisadiyyatın digər sahələrinə mümkün təsirləri müəyyənləşdirmək üçün ABŞ-nin qərarının məzmunu ətraflı şəkildə araşdırılır.

“Sənəd həcmlidir və biz hazırda onu təhlil edirik. Ola bilsin ki, bəzi məsələlərin müzakirəsinə ehtiyac belə qalmasın”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr də aparılacaq.

Baş nazir xatırladıb ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunarkən Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət əlaqələrini sanksiya riskləri ilə üzləşmədən davam etdirə bilib.

Xatırladaq ki, avqustun 24-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Məhdudiyyətlər rəqəmsal aktivlər və kriptovalyutalar, müasir texnologiyalara və müdafiə sənayesinə çıxış, qızıl ticarəti, eləcə də aviasiya və gəmiçilik sahələrini əhatə edir.

ABŞ rəsmilərinin sözlərinə görə, yeni sanksiyalar BƏƏ, Honkonq, Çin, İsveçrə və Avropa ölkələrində fəaliyyət göstərən “kölgə donanması”na da təsir göstərəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…